
İspaniya, Kanada və Şimali Makedoniya Rusiya təyyarələri üçün hava məkanını bağlayan ölkələr siyahısına əlavə edilib.
Yeniavaz.com xəbər verir ki, Onlar Fransa, Norveç, Bolqarıstan, Böyük Britaniya və daha əvvəl oxşar qərar qəbul etmiş digər ölkələrə qoşulublar.
“İspaniya Rusiya aviaşirkətləri üçün hava məkanını bağlamağa başlayacaq. Avropa İttifaqının müəyyən etdiyi əməkdaşlıq prinsiplərinə uyğun olaraq, bu tədbir İspaniyanın hava məkanından istifadə edən Rusiya aviaşirkətləri tərəfindən həyata keçirilən uçuşlara təsir edəcək”, - deyə ölkənin Nəqliyyat Nazirliyinin “Twitter” səhifəsində qeyd edilib.
Kanadanın Rusiya təyyarələri üçün səmasını bağlamaq qərarı nəqliyyat naziri Ömər Əlqabra tərəfindən açıqlanıb:
"Bundan sonra Kanada hava məkanı bütün Rusiya təyyarə operatorları üçün bağlıdır".
Rusiya aviaşirkətlərinin Şimali Makedoniya üzərində uçuşlarına qadağası bu gün respublika hökumətinin rəsmi saytında elan edilib.
Tətbiqimizi yükləyə bilərsiniz