Putin IJF-nin fəxri prezidenti vəzifəsindən kənarlaşdırılıdı


Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidenti vəzifəsindən kənarlaşdırılıb.
Yeniavaz.com
“euronews”ə istinadla xəbər verir ki, bu onun dünya idmanındakı ən yüksək vəzifəsini itirməsi deməkdir.
IJF-nin Putinin səlahiyyətlərini dayandırmasına səbəb “Ukraynada davam edən müharibə” olduğu bildirilib.
"Ukraynada davam edən müharibə fonunda Beynəlxalq Cüdo Federasiyası cənab Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edir", - qısa onlayn bəyanatda deyilir .
Kremli dəstəkləyən oliqarx və Putinin çoxdankı dostu Arkadi Rotenberq IJF-in icraçı komitəsində inkişaf meneceri olaraq qalır.
Qeyd edək ki, Putin həvəskar cüdoçudur.

DİGƏR XƏBƏRLƏR

Top