
Vladimir Putin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı “qeyri-qanuni qərb sanksiyalarına” cavab olaraq Rusiyanın strateji çəkindirmə qüvvələrini, o cümlədən nüvə potensialına cavabdeh olan bölmələri yüksək hazırlıq vəziyyətinə gətirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “financial times” məlumat yayıb. Bildirilib ki, bu barədə Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova tapşırıq verib:
“Qərb ölkələri ölkəmizə qarşı təkcə qeyri-dost iqtisadi addımlar atmır, NATO ölkələrinin liderləri ölkəmizlə bağlı aqressiv bəyanatlar verirlər”.
“Rusiyanın çəkindirmə qüvvələrini xüsusi növbətçi rejimə keçirməyi əmr edirəm”, - Putin deyib.
Tətbiqimizi yükləyə bilərsiniz