"Putinin təcavüzünə başqa cavab mümkün olmadı" - Almaniya kansleri


Almaniya kansleri Olaf Şolz parlamentin aşağı palatası Bundestaqda hökumətin Ukrayna qoşunlarını birbaşa silahla təmin etmək qərarı ilə bağlı çıxış edib.
Yeniavaz.com
“DW” nəşrinə istinadla xəbərə verir ki, Olaf Şolz Ukraynanı dəstəkləməli olduqlarını bildirib:
“Putinin təcavüzünə başqa cavab mümkün olmadı. Bu müharibəni rus xalqı yox, Putin seçdi, ona görə də biz aydın görməliyik ki, bu, Putinin müharibəsidir. Ukraynaya hücum etməklə Putin təkcə bir ölkəni dünya xəritəsindən silmək istəmir, o, Helsinkidən bəri mövcud olan Avropa təhlükəsizlik strukturunu məhv edir və buna görə cavab verəcək. Biz heç vaxt siyasət vasitəsi kimi zorakılığa boyun əyməyəcəyik. Avropada sülh təmin olunmayana qədər dincəlməyəcəyik. Almaniya Ukraynanın yanındadır”.
Almaniya kansleri həmçinin bildirib ki, ölkə bu ildən müdafiə xərclərini ÜDM-nin təxminən 2 faizi qədər, 100 milyard dollar həcmində artırmaq fikrindədirlər.

DİGƏR XƏBƏRLƏR

Top