“Belarus bir neçə saata Ukraynaya müharibə elan edə bilər”


“Çox böyük ehtimal var ki, özünü elan etmiş Belarus Respublikası (RB) hökuməti yaxın bir neçə saat ərzində Belarus Respublikası Silahlı Qüvvələrinin Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibədə iştirakı ilə bağlı qərar qəbul edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu  Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun layihə rəhbəri, “BlackSeaNews”un baş redaktoru Andrey Klimenko feysbukda yazıb.
“Bu, Belarus silahlı qüvvələrinin bütün qüvvə və vasitələrinin bizim müdafiə qüvvələrimizə qarşı tətbiqi deməkdir. Belə bir qərarın yeganə səbəbi o olacaq ki, vətəndaş Lukaşenko tam şəkildə, o cümlədən öz təhlükəsizliyi məsələlərində Putindən asılıdır”, - Klimenko bildirib.

DİGƏR XƏBƏRLƏR

Top