Xarkov Ukraynanın nəzarətindədir: "Ruslar bizi görən kimi təslim olurlar"


“Xarkov Ukraynanın nəzarəti altındadır, regionun mərkəzində təmizləmə əməliyyatı aparılır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequbov “Telegram”da bildirib.
Onun sözlərinə görə, şəhər Ukrayna Silahlı Qüvvələri, Milli Polis və Terromüdafiə qüvvələri tərəfindən təmizlənir:
"Rusiya qüvvələri tamamilə ruhdan düşüb. Birbaşa Xarkovda düşmən texnikasını yolun ortasında qoyub 5-10 nəfərlik bütöv qruplar Ukrayna qoşunlarına təslim olurlar. Onlar Ukrayna Silahlı Qüvvələrinin ən azı bir nümayəndəsini görən kimi təslim olurlar”.
Dövlət Administrasiyasının rəhbəri bildirib ki, Ukrayna hərbçiləri Çuqevə tam nəzarət edirlər:
"Rusiya təcavüzkarının Lipetsk istiqamətində, Volçansk və Belqorod istiqamətində hücumu davam edir. Biz Rusiya texnikasından ibarət ayrı-ayrı kolonları dağıdırıq. Ukrayna Silahlı Qüvvələri öz mövqelərində fəal döyüşür".

DİGƏR XƏBƏRLƏR

Top