"Ukraynanın bu qədər silahı olduğunu bilmirdik, vuruşmaq istəmirik" - VİDEO


"Ukrayna Milli Qvardiyasının bu qədər çox silahı olduğunu bilmirdik”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının Prezidenti Ramazan Kadırov sosial şəbəkələr vasitəsilə etdiyi müraciət zamanı deyib. O bildirib ki, Ukrayna xalqına qarşı vuruşmaq istəmirlər:
“Ukrayna xalqına bu qədər silah paylanılması və ora sizin əmlakınızı dağıtmaq üçün gələnlərin silahlanması şok edicidir. Ona görə biz Ukrayna və Ukrayna xalqına qarşı vuruşmaq istəmirik və belə bir istəyimiz də yoxdur.
Bizi öldürənlərə və öldürmək istəyənlərə qarşıyıq. Bizim mövqeyimiz dəyişməzdir, bu xalqımızın, dövlətimizin təhlükəsizliyidir. Biz istəmirik ki, Ukrayna vasitəsilə Rusiyaya hücum etsinlər. Ona görə də, prezident düzgün qərar verib. Biz istənilən şəraitdə onun əmirlərini yerinə yetirəcəyik. Düşünməyin ki, çeçenlər, ruslar və ya digər xalqlar size sevmir. Biz hamımız size sevirik, biz heç birimiz müharibə istəmirik".

DİGƏR XƏBƏRLƏR

Top