Ukrayna Rusiya hərbçilərinin məxfi sənədlərini yaydı - FOTOLAR


Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti xüsusi xidmət orqanlarının və silahlı qüvvələrin Rusiya hərbçiləri haqqında şəxsi məlumatları, habelə bu ölkənin istifadə etdiyi məxfi parol və şifrələri əldə etdiyini bildirib.
Yeniavaz.com
“unian”a istinadla xəbər verir ki, sözügedən sənədlərin, rus qoşunlarının ələ keçirilən danışıqlarının mahiyyətini anlamağa imkan verəcəyi bildirilir.
Qeyd olunub ki, sənədlərə aşağıdakılar daxildir:
  • döyüşçülərin və komandirlərin çağırış işarələri ilə döyüş heyəti
  • Rusiya hərbçilərinin hərəkət sxemləri: hücum, geri çəkilmə, yanacaq doldurma yolları və s.
  • şərti əlamətlər, xüsusən də idarəetmə əmrlərinin dekodlanması.
"Alınan sənədlər məhkəmə üçün sübut bazası olacaq, düşmən işğalçılarının hər birinin adını nəzarətdə saxlamağa imkan verəcək və sağ qalan hər kəs mütləq cəzasını alacaq", - Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.





DİGƏR XƏBƏRLƏR

Top