Ukraynada ruslarla döyüşmək üçün əcnəbilərdən ibarət qoşun yaradılır


Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb.
Yeniavaz.com
“unian”a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə kömək etmək istəyən xarici dövlətlərin vətəndaşlarına müraciətində deyilir.
Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib:
“Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib 21-ci əsrin işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilər.
Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnaməyə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək hüququna malikdirlər.
Bununla əlaqədar olaraq, Rusiya işğalçılarına qarşı müqavimətə və dünya təhlükəsizliyinin qorunmasına qoşulmaq arzusunu ifadə edən bütün əcnəbilər Ukrayna rəhbərliyi tərəfindən dövlətimizə gəlməyə və Ərazi Müdafiə Qoşunları sıralarına qoşulmağa dəvət olunur. Əcnəbilərdən ayrıca bir bölmə - Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionu yaradılır.
Beynəlxalq legionda qeydiyyatdan keçmək və bütün təfərrüatlar üçün Ukraynanı müdafiə etmək istəyən şəxs öz dövlətində Ukrayna səfirliyinin müdafiə attaşesi ilə əlaqə saxlaya bilər”.

DİGƏR XƏBƏRLƏR

Top