Ukraynada həlak olan azərbaycanlıların kimliyi bəlli oldu - YENİLƏNİB


Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.
Hər üç şəxs yaxın qohumdurlar.
Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.

***11:12
Ukraynanın Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Odessada yaşayan soydaşlarımız APA-ya məlumat veriblər. Bildirilib ki, hadisə ötən gecə olub.
Qeyd olunub ki, sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.
Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top