Son bir neçə saatda Ukraynada baş verənlərin SİYAHISI


Rusiyanın Ukraynaya hücumunun dördüncü günündə son bir neçə saat ərzində baş verənlərin siyahısı tərtib edilib.
Yeniavaz.com
BBC-ə istinadla həmin siyahını təqdim edir:
  • Dünən axşam Kiyevin Rusiya raketlərinin hücumuna məruz qalacağı ilə bağlı xəbərdarlıqlara baxmayaraq, hava zərbəsi baş tutmayıb.
  • Kiyev merinin sözlərinə görə, lakin şəhərin yaxınlığında partlayış səsləri eşidilib və paytaxtın cənubundakı Vasilkovda neft anbarı vurulub və yandırılıb. Yanğın zəhərli duman qorxusuna səbəb olub və sakinlərə pəncərələrini bağlamaq və evdə qalmaq barədə xəbərdarlıq edilib.
  • Cənubda yerləşən Nova Kaxovka şəhəri rus qoşunları tərəfindən ələ keçirilib. Bu barədə şəhər meri bu gün səhər saatlarında bildirib.
  • Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya zirehliləri Ukraynanın ikinci böyük şəhəri Xarkova daxil olub. Qaz kəmərinin vurulduğu deyilən şəhərdə daha əvvəl də güclü partlayış səsi eşidilib
  • Fövqəladə hallar xidmətinin məlumatına görə, Xarkovda yaşayış məntəqələri də hücuma məruz qalıb. Bir qadının öldürüldüyü, onlarla insanın hücuma məruz qalan doqquz mərtəbəli binadan təxliyə edildiyi bildirilir
  • Region merinin sözlərinə görə, Ukraynanın şimal-şərqindəki Oxtırka şəhərində də azı 6 mülki şəxs həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top