"Ruslar təyinatlarının Kiyev olduğunu biləndə yanacağı qəsdən tökürlər" - VİDEO


Rus hərbçilərin tankların və ağır zirehli texnikaların çənindəki yanacağı Kiyevə getməmək üçün qəsdən boşaltdıqları iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, iddianı araşdırmaçı jurnalist, tədqiqatçı və Rusiya üzrə ekspert Fatimə Tlis (Tlisova) səsləndirib.
“Bir çox rus tanklarının, ağır zirehli texnikalarının yanacağı sadəcə tükənmir, ekipaj üzvləri təyinatlarının Kiyev olduğunu bilən kimi yanacağı qəsdən tökürlər”, -deyə journalist özünün tvitter səhifəsində yazıb və iddialarla bağlı digər istifadəçilərin yaydığı kadrları paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top