Zelenski: "Azərbaycan Ukraynaya neft və neft məhsulları ilə yardım edəcək" - VİDEO


Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası ilə danışıqların təşkilini təklif edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında yayımladığı videomüraciətdə deyib:
"İlham Əliyev və prezident Ərdoğan Rusiya ilə danışıqları təşkil etməyi təklif ediblər. Bu, ancaq alqışlana bilər". Vladimir Zelenski həmçinin bildirib ki, Azərbaycan lideri İlham Əliyev neft qıtlığına görə Ukraynaya neft məhsulları ilə kömək edəcək:
"Ölkəmizdə neft və neft məhsulları çatışmazlığına görə dəstək barədə danışdığım Ukraynanın yaxşı dostu, Azərbaycan Prezidenti İlham Heydəroviç Əliyev, hər şey asan deyil, amma indi hər şey yaxşı olacaq".

 



 

DİGƏR XƏBƏRLƏR

Top