Gürcüstan Ukrayna üçün 300 min dollar ayırdı


Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ukraynada hərbi əməliyyatlardan zərər çəkənlərin ehtiyacları üçün hökumətin ehtiyat fondundan 1 milyon lari (təxminən 318 min dollar) ayırıb. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Gürcüstanın baş nazirinin qərarına əsasən, Ukraynada baş verən hadisələrdən zərər çəkmiş əhaliyə yardım üçün hökumətin ehtiyat fondundan 1 milyon lari ayrılıb. Gürcüstanın baş naziri tərəfindən imzalanan müvafiq hökumət sərəncamına əsasən İrakli Qaribaşvili, ehtiyat fondundan ayrılan pulla, işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirliyi Ukraynada zərər çəkmiş əhali üçün əczaçılıq məhsulları və tibbi ləvazimatlar alacaq”, - deyə məlumatda bildirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top