Putin dünən qoşunların irəliləyişini dayandırmağı əmr edib - Peskov


“Rusiya prezidenti Vladimir Putin dünən günortadan sonra Kiyevlə gözlənilən danışıqlarla əlaqədar Ukraynada qoşunların irəliləyişini dayandırmağı əmr edib, lakin qarşı tərəfin dialoqdan imtina etməsi səbəbindən bu gün günortadan sonra hərəkət bərpa edilib”. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. "Dünən günortadan sonra Ukrayna rəhbərliyi ilə gözlənilən danışıqlarla əlaqədar olaraq, Rusiyanın Ali Baş Komandanı və prezidenti Rusiya qoşunlarının əsas qüvvələrinin irəliləyişinin dayandırılması barədə göstəriş verib", - deyə Kreml sözçüsü bildirib.
O, izah edib ki, əslində Ukrayna tərəfi danışıqlardan imtina etdiyinə görə, bu gün günortadan sonra Rusiyanın əsas qüvvələri əməliyyat planına uyğun olaraq irəliləyişlərini bərpa ediblər.

 

DİGƏR XƏBƏRLƏR

Top