Cəbrayıl polisi əməliyyat keçirdi, saxlanılan var


Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Vasif Musazadə sərnişini olduğu avtomobildə saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman onun əyləşdiyi ön oturacağın alt hissəsindən sellofan torbalarda qablaşdırılmış 2 kiloqram 360 qram tiryək, 1 kiloqram 970 qram heroin və 29 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də cinayət işi başlanılıb və V.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

 

DİGƏR XƏBƏRLƏR

Top