14 doğmasını itirən Xocalı sakini - VİDEO


Onun Xocalı faciəsində itkilərinin sayı 14 nəfərdir. Onlardan ən kiçiyinin yaşı 2, ən böyüyünün isə 70-dən çoxdur. 

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Elmira Allahverdiyeva ermənilərin törətdiyi faciədən 30 il ötməsinə baxmayaraq, danışdıqca hələ də həmin hadisələrin şokunu yaşayır. 

Elmira Allahverdiyevanın hələ də yolunu gözlədiyi oğlu Mahirin faciə baş verən zaman 17 yaşı var idi. 10-cu sinifdə oxuyurdu. Atası Novruz Allahverdiyevlə tez-tez evlərinin yaxınlığındakı posta qalxıb, döyüş sirlərini öyrənməyə çalışırdı.

Ata, ana, baba və 4 yaşlı Lalə erməni vəhşiliyinin qurbanlarındandır. Lalənin donmuş halda, cansız bədənini o zaman Çingiz Mustafayev ağlaya-ağlaya öz kamerasının yaddaşına köçürüb. 

Qeyd edək ki, Xocalı sakinləri ölkənin müxtəlif regionlarında məskunlaşıblar. Onların kompakt yaşadığı bölgə isə Goranboyun Aşağı Ağcakənd qəsəbəsidir. Orada faciə qurbanlarının xatirəsinə abidə də ucaldılıb.

DİGƏR XƏBƏRLƏR

Top