Makron: “Müharibə uzun müddət davam edəcək”


“Müharibə uzun müddət davam edəcək. Avropa uzunmüddətli nəticələrə hazırlaşmalıdır”.
Yeniavaz.com “TASS”a xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna münaqişədən danışarkən deyib.
“Bu müharibə uzun müddət davam edəcək. Bununla bağlı bütün böhranlar da davam edəcək. Beləliklə, biz buna hazırlaşmalıyıq”.
O bildirib ki, müharibə yenidən Avropaya qayıdıb:
“Bu müharibə Rusiya prezidenti Vladimir Putinin birtərəfli seçimi idi. Biz sülhü bərqərar etməyə, onu qorumağa çalışmalıyıq və lazımi tədbirlər görməliyik, sanksiyalar tətbiq etməliyik və bu mübarizəni davam etdirməliyik.
 

DİGƏR XƏBƏRLƏR

Top