Çində 149 mənzili olan prokuror həbs edildi

Çin hakimiyyəti Nançan şəhərinin prokurorluq şöbəsinin müdirinin müavini Syuy Linbao və onun qohumlarının mülkiyyətində 149 mənzilin olduğunu aşkara çıxarıb. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, 149 mənzilin ümumi qiyməti təqribən 16,3 milyon dollar təşkil edur. İstintaqın versiyasına əsasən, S. Linbao yeznəsi Lun Yueu ilə birlikdə fırıldaqçılıq yolu ilə bankların birində kredit kartları ilə təqribən 14,2 milyon dollar həcmində krediti rəsmiləşdirərək bu mülkiyyəti əldə ediblər. Hər iki təqsirləndirilən şəxsin həbsinə orden verilib, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top