"Ukraynaya bol-bol nəsihət verirlər, addım atmırlar"


“Bu, sıradan qınağa çevrilməməlidir, NATO daha qətiyyətli addım atmalıdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Saat 17:00-da görüşümüz olacaq (NATO zirvəsi – red.). Bu görüşdə liderlərin fikrini görəcəyik. Bildiyiniz kimi, bizim NATO-nun mövqeyi ilə bağlı fikrimiz indiyədək çox aydın və birmənalı olub. Bu, sıradan bir qınağa çevrilməməlidir. NATO-nun daha qərarlı bir addım atması lazımdır. İndiyədək Aİ və Qərb qətiyyətli mövqe sərgiləmədilər. Ukraynaya bol-bol nəsihət verirlər. Atılan hər hansı bir addım yoxdur”, - Ərdoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top