
Volodimir Zelenski Yuri Lebedi Ukrayna Milli Qvardiyasının komandanı təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə fevralın 25-də Ukrayna Prezidentinin saytında dərc edilmiş 73/2022 nömrəli sərəncamda deyilir:
“Yuri Anatolyeviç Lebedin Ukrayna Milli Qvardiyasının komandiri təyin edilsin”.
Digər bir fərmanla Zelenski əvvəllər istefa vermiş Nikolay Balanı vəzifəsindən azad edib.
Xatırladaq ki, daha əvvəl Zelenski Ali Baş Komandanın Qərargahının yaradılması haqqında fərman imzalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz