Sabah Bakıda bu avtobusların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI


Xocalı soyqırımının 30-cu ildönümü günü keçiriləcək anım tədbiri ilə əlaqədar paytaxtın mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti sxemi də müvəqqəti dəyişdirilir.

BNA-dan Yeniavaz.com-a verilən məlumata görə, dəyişiklik, ümumilikdə, 20 müntəzəm marşrut xəttini (1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 65, 88, 125, 127, 175, 205 və H1) əhatə edir. Qeyd olunan müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək. 
Dəyişiklik fevralın 26-sı səhər saat 07:00-dan başlayaraq məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top