"Anonymous" Rusiyaya qarşı kibermüharibəyə başlayıb


""Anonymous" kollektivi rəsmi olaraq Rusiya hökumətinə qarşı kibermüharibə aparır”.
Yeniavaz.com
xəbər verir ki, bunu haker qruplaşması olan “Anonymous” sosial şəbəkə hesabında yazıb.
“Anonymous” hərəkatı Ukraynanın dövlət müstəqilliyini və suverenliyin tam dəstəklədiyini, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını isə işğal hesab etdiyini bəyan edib.
Onlar ötən gün Bakı vaxtı ilə 22:09-da etdikləri paylaşımda Rusiyanın 96 saat ərzində Kiyevi işğal edəcəyini bildiriblər.
Qeyd edək ki, “Anonymous” müasir beynəlxalq aktivistlər və hakerlər şəbəkəsidir.

DİGƏR XƏBƏRLƏR

Top