Türkiyədən Ukraynanın boğazların bağlanmasına dair tələbinə CAVAB


“Türkiyənin nəzarətində olan İstanbul və Çanaqqala boğazları Rusiya üçün bağlana bilməz”.
Yeniavaz.com
Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın paytaxtı Nursultanda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Ukraynanın boğazların bağlanması tələbi barədə danışan Çavuşoğlu deyib:
“Ukraynanın rəsmi bir tələbi oldu. Montrö boğazlar konvensiyasının maddələri çox açıq və dəqiqdir. Türkiyə boğazlardan döyüş gəmilərinin hərəktini dayandıra bilər. Amma Möntrö konvensiyasında ayrıca bir şey də var. Əgər döyüşən ölkələrin gəmilərinin öz bazalarına qayıtması tələbi varsa, buna icazə verilməlidir. Mütəxəssislərimiz, əvvəla, müharibə vəziyyəti olub-olmadığını araşdırırlar. Ukrayna bunu bütün ölkəni işğal etmək üçün hərbi əməliyyat kimi təqdim edir. Müharibə vəziyyətini hüquqi şəkildə qəbul etsək, bu proses başlayacaq”.
Qeyd edək ki, Ukrayna tərəfi Türkiyədən ikincinin nəzarətində olan boğazların Rusiya hərbi gəmiləri üçün bağlanmasını tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top