“Telefonlar blok olunub, vəziyyət gərgindir” - Ukraynadakı səfirimiz + VİDEO


“Məndə olan məlumata görə Azərbaycan vətəndaşlarından xəsarət alan yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova İTV-də canlı yayımda bildirib.
“Məsələn, bir diplomatımızın ailəsi Mirqorod şəhərində yaşayır. Orada hərbi aerodromu darmadağın ediblər. Xarkovdan narahatedici xəbərlər gəlir. Xarkovda vətəndaşlarımız çoxdur. Onların dəqiq sayını deyə bilmərik. Biz diaspora təşkilatının rəhbərlərinə zəng etdik. Lakin onların bəziləri artıq Azərbaycandadır, bəziləri də konkret say deyə bilmədilər”.
E. Axundova bildirir ki, onlar Ukraynanın Türkiyədəki Səfirliyi ilə əlaqədədir:
“Vətəndaşlarımızı hərbi qüvvələrin, hərbi obyektlərin cəmləşdiyi əraziyə getməkdən çəkinməyə, sərhəd vilayətlərinə səyahət etməməyə çağırırıq. Öz evlərində qalsınlar, hələ ki, bu, ən təhlükəsiz variantdır. Bildiyimizə görə, bütün yollar tıxacdır”.
Səfir qeyd edib ki, hazırda Ukraynada vəziyyət nisbətən gərgindir:
“Dezinformasiyalara inanmayın. “Biri deyir rus ordusu Xarkovu tutub, biri deyir Lvovu. Hələ ki, informasiya dəqiq deyil. Burada vatsap və internetdən başqa, adi telefon belə işləmir. Harasa zəng etmək, çox çətindir. Telefonlar blok olunub. Telefon vasitəsilə biz demək olar ki, heç yerə çıxa bilmirik”.

DİGƏR XƏBƏRLƏR

Top