"Üzərimizə düşəni edəcəyik..." - Ərdoğandan Ukrayna ilə bağlı açıqlama


“Biz Rusiyanın bu gün səhər saatlarında Ukrayna ərazisində başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edirik və rədd edirik.”
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb.
“Beynəlxalq hüquqa zidd hesab etdiyimiz bu addım regionun sülh, əmin-amanlıq və sabitliyinə ağır zərbədir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün apardığı mübarizəni dəstəkləyir”, - o bildirib.
Ərdoğan hər iki ölkəni dost kimi gördüklərini bildirib:
“Biz bölgədəki tatar qardaşlarımız başda olmaqla, Ukraynada yaşayan hər kəsin, xüsusən də öz vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün üzərimizə düşəni edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top