NATO qüvvələrini Ukrayna ərazisinə göndərəcək? - AÇIQLAMA


NATO-nun daimi nümayəndələri müttəfiqləri qorumaq üçün alyans ölkələrində cavab qüvvələrini yerləşdirmək və müdafiə planını həyata keçirmək qərarına gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.
“Biz hazırkı vəziyyəti müzakirə etdik, hərbi müşavirlərin tövsiyələrini aldıqdan sonra daimi nümayəndələr böhran zamanı alyans ölkələrində qüvvələrin, o cümlədən cavab (reaksiya) qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan müdafiə planımızdan istifadə etməyə razılaşdılar”, - o bildirib.
Baş katib əlavə edib ki, görüşdə Türkiyənin Bosfor və Çanaqqala boğazlarını Rusiya gəmiləri üçün bağlaması məsələsi müzakirə olunmayıb.
Stoltenberqin sözlərinə görə, Ukraynada NATO qüvvələri yoxdur:
“Ukrayna ərazisində NATO qüvvələri yoxdur və onları ora göndərmək planı da yoxdur. Biz Ukraynanı dəstəkləyirik, lakin biz yalnız NATO müttəfiqlərinə möhkəm təhlükəsizlik zəmanəti veririk”.

DİGƏR XƏBƏRLƏR

Top