Baş Prokurorluq Bakıda binanın çökməsini araşdırır


Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib

Bu barədə Yeniavaz.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilir ki, xəsarət alanların hər birinə ambulator tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. 
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilib.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

DİGƏR XƏBƏRLƏR

Top