Rusiya XİN Azərbaycanla bağlı təxribatı sildi - FOTO


Xəbər vediyimiz kimi, fevral ayının 22-də Rusiya Xarici İşlər Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki hesabından təxribatçı paylaşım edilib.
Yeniavaz.com
xəbər verir ki, Rusiya XİN artıq sözügedən təxribatı aradan qaldırıb. Belə ki, 1928-ci il fevralın 22-si (10) Rusiya İmperiyası ilə İran arasında 1826-1828-ci illər ikinci rus-fars müharibəsinə son qoyan Türkmənçay sülh müqaviləsi ilə bağlı paylaşımında İrəvan və Naxçıvan xanlıqlarını “Şərqi Ermənistan” olaraq təqdim edən Rusiya XİN “Şərqi Ermənistan” sözünü paylaşımdan silib.


Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama vermiş və təxribatın qısa müddətdə aradan qaldırılmasını tələb etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top