İlham Əliyev Putinin "DXR" və "LXR"ni tanımasına münasibət bildirib


“Moskva ilə Bakı arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannamə ikitərəfli münasibətlərin artıq əldə edilmiş səviyyəsini rəsmiləşdirdi, Rusiya tərəfindən Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) tanınması bu baxımdan heç nəyi dəyişmir”.
Yeniavaz.com
 "TASS"a istinadla xəbər verir ki, bunu ötən gün Azərbaycan prezidenti İlham Əliyev “TASS”ın baş redaktorlar klubunda Rusiya KİV rəhbərləri ilə görüşündə deyib.
“Düşünürəm ki, biz sadəcə olaraq baş verənləri rəsmiləşdirdik, bunu münasibətlərimizin xarakterinə uyğun adlandırdıq və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Əminəm ki, regionumuzda baş vermiş və hələ də baş verə biləcək hadisələrlə bağlı həm Azərbaycan, həm də Rusiya tərəfdən heç bir düzəliş olmayacaq”, - Prezident bildirib.
Qeyd edək ki, fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıdığını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top