
“Rusiya hərbi texnikası, o cümlədən zirehli texnikası Çerniqov, Sumı, Luqansk və Xarkov vilayətlərində dövlət sərhədini pozub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynda Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Xüsusilə, Çerniqov vilayətində düşmən texnikası Senkivka və Qremyaç keçid məntəqələrindən və digər istiqamətlərdə keçib. Kolonların hərəkəti həmçinin Xarkov vilayətindəki Budarka keçid məntəqəsi vasitəsilə və Luqansk vilayətinin Milove keçid məntəqəsi istiqamətində də həyata keçirilib. Luqansk, Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətlərinin əksər sərhəd bölmələri və sərhəd patrulları atəşə tutulub”, - məlumatda deyilir.
Mövcud məlumata görə, sərhədçilər arasında çoxlu sayda yaralanan var.