Bakıda qadın yaşadığı evdə qətlə yetirilib


Bakıda qətl törədilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, fevralın 23-də saat 11 radələrində Xəzər rayonu ərazisində yaşadığı evdə Sevinc Cəfərovanın kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsindən qadını qətlə yetirməkdə şübhəli bilinən tanışı Samir Sadıqov tutularaq istintaqa təhvil verilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top