Azərbaycanlı deputatların Ermənistana səfəri başa çatdı


AVRONEST Parlament Assambleyası iclasında iştirak edən Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun İrəvana səfəri başa çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili özünün feysbuk hesabında məlumat paylaşıb.

 "Parlament diplomatiyası çərçivəsində nə bacardıqsa onu da etdik. Əminəm ki, bizdən sonra İrəvana səfər edənlər bizdən daha yaxşısını edəcəklər. Ermənistan cəmiyyətinin müxtəlif nümayəndələri ilə, restoranda xidmətçiləri, mühafizəçilər, deputatlar, spiker, baş nazir ilə müzakirələr aparmaq şansımız oldu. Etiraf etmək lazımdır ki, onlar üçün yeni reallıqları qəbul etmək çətindir. Amma onlar bu mərhələni aşmaq, Azərbaycan ilə sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq, müharibənin bir də olmamasını istəyirlər. Düşünürəm ki, cəmiyyətin böyük bir hissəsi belə düşünür. Digər tərəfdən, aqressiv olan, millətçilərdən ibarət bir kəsim də var ki, onlar azərbaycanlılarla ünsiyyət qurmağı belə qəbul etmirlər. Hesab edirəm ki, bu kəsim də həmişə olacaq. Biz bunu hər zaman nəzərə almalıyıq", - deyə deputat bildirib.

DİGƏR XƏBƏRLƏR

Top