"Ukraynanın işğalı başlayıb, dünya Putini dayandırmalıdır"


"Dünya dərhal hərəkətə keçməlidir. Avropanın və dünyanın gələcəyi təhlükə altındadır".
Yeniavaz.com
xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” hesabında yazıb:
"Putin indicə Ukraynaya genişmiqyaslı işğala başlayıb. Ukraynanın dinc şəhərləri hücumlara məruz qalır. Bu işğalçı müharibədir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək. Dünya Putini dayandıra bilər və etməlidir. İndi hərəkət etmək vaxtıdır".
O, dünya ölkələrindən bu addımları atmağı tələb edib:
1. SWIFT daxil olmaqla dərhl Rusiyaya qarşı dağıdıcı sanksiyaların tətbiqi
2. Rusiyanı bütün vasitələrlə, bütün formatlarda tam təcrid etmək
3. Ukrayna üçün silahlar, avadanlıqlar
4. Maliyyə yardımı
5. Humanitar yardım

DİGƏR XƏBƏRLƏR

Top