Azyaşlının zorakılığa məruz qalması ilə bağlı cinayət işi başladıldı


Bakıda 12 yaşlı azyaşlının cinsi zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Baş Prokurorluqdan Yeniavaz.com-a bildirilib ki, paytaxtın Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top