
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.
***17:57
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası xəbər yayıb.
Telefon danışığı zamanı tərəflər Türkiyə-Azərbaycan əməkdaşlığını və Ermənistanla əlaqələri müzakirə ediblər.
Türkiyə və Azərbaycan liderləri Rusiya-Ukrayna arasında gərginlik və regional məsələlərə barədə fikir mübadiləsi aparıblar.
Tətbiqimizi yükləyə bilərsiniz