Arvadını baltalayan şəxsə bu qədər həbs cəzası verildi


Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirlilən Şükür Mirzəyevə hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, Ş.Mirzəyev ailə münasibətləri zəminində həyat yoldaşı Kəmalə Mirzəyevaya balta ilə zərbələr endirib.

Törətdiyi cinayət əməlinə görə Ş.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top