Gəncədə zavodun mühafizəçi qəfil ölüb - AÇIQLAMA


Baş Prokurorluq Gəncədə zavodda mühafizəçi işləyən şəxsin ölümü ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Yeniavaz.com-a verilən xəbərə görə, Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan 1982-ci il təvəllüdlü Elçin Yusibov fevralın 23-də gecə saat 03 radələrində iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb, göstərilmiş tibbi yardımlara baxmayaraq, “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə də baxış olub.
Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top