Pənah Hüseyn canlı efirdəki davadan danışdı – VİDEO


Xəbər verdiyimiz kimi, ötən gün Rauf Arifoğlunun təqdimatında “Müsavat TV”də yayımlanan “Dərin Təhlil” verilişində dava olub. Belə ki, keçmiş baş nazir Pənah Hüseynlə politoloq, AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında mübahisə baş verib.
Yeniavaz.com
xəbər verir ki, Pənah Hüseyn “Musavat TV”yə baş verən davadan danışıb.
O bildirib ki, belə şeylər olur, amma olmasa yaxşıdır:
“Hövsələsizlik oldu. Hesab etmirəm ki, mən haqlı idim. Mən baxdım ki, görəsən, məni hövsələdən çıxaran nə olub? Tofiq müəllimin (Tofiq Qasımov – Azərbaycanın sabiq xarici işlər naziri - red.) Türkiyəyə 32 dəfə, amma 1 dəfə Moskvaya getməsi replikasından başladı, məncə. Bundan əvvəl də, yəqin, hansısa momentlər olub, məndə yığılıb qalıb”.
Həmin kadrları təqdim edirik.

DİGƏR XƏBƏRLƏR

Top