Putinin Ukraynanın tarixi ilə bağlı fikirlərinə ABŞ Səfirliyindən maraqlı cavab - FOTO


ABŞ-ın Ukraynadakı səfirliyi sosial şəbəkə hesabından maraqlı paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, paylaşılan fotoda 4 müxtəlif ildə Moskva və Kiyev şəhərləri müqayisə olunur.
Belə ki, fotoda 996, 1011, 1070 və 1108-ci illərdə Kiyevdə müxtəlif memarlıq nümunələrinin olduğu göstərilir. Həmin illərdə Kiyevə qarşılıq Moskva şəhərinin isə yalnız meşəlikdən ibarət olduğu əks etdirilir.
Həmin paylaşımı təqdim edirik.
Qeyd edək ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin xalqa müraciətlə çıxış edib. O, müraciətində Ukrayna haqqında “Müasir Ukrayna tamamilə bolşevik Rusiya tərəfindən yaradılıb” fikirlərini səsləndirib.

DİGƏR XƏBƏRLƏR

Top