Kamil Cəlilov dəfn olundu - YENİLƏNİB


Mərhum Xalq artisti Kamil Cəlilov dəfn edilib.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, sənətkar II Fəxri xiyabanda torpağa tapşırılıb.
***16:14

Xalq artisti Kamil Cəlilovun dəfn olunacağı yer dəyişdirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə mərhumun qızı Gülşən Cəlilova bildirib.
Onun sözlərinə görə, atası II Fəxri xiyabanda dəfn olunacaq. Dəfn mərasimi bu gün saat 18:00-da keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl ailəsi K.Cəlilovun Bilgəhdə həyat yoldaşının yanında dəfn ediləcəyini bildirmişdi.

***10:10
Azərbaycanın Xalq artisti, qoboyçusu, bəstəkar Kamil Cəlilov vəfat edib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bu barədə sənətkarın yaxınları bildirib.
Bildirilib ki, Xalq artisti 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub.

DİGƏR XƏBƏRLƏR

Top