Göyçayda iş adamını öldürən şəxs saxlanıldı - YENİLƏNİB


Göyçayda qətl hadisəsi törədən şəxs tutulub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, rayonun Şəkər kənd sakini 1987-ci il təvəllüdlü Nicat Əliyev kafedə şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq rayonun Mırtı kənd sakini 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunu öldürüb.

Hadisəni törədən Vicay ləqəbli Nicat Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin iş adamı olduğu bildirilir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


***22:41
Göyçay rayonunda güllələnmə hadisəsi baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saat 22:00 radələrində şəhərdəki kafelərdən birində qeydə alınıb.

Göyçay sakini, 1979-cu il təvəllüdlü Cavanşir Şükürov ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

Onun kim tərəfindən öldürüldüyü hələ ki, məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top