Rusiya və Azərbaycan atom enerjisi sahəsində əməkdaşlıq edəcək


Rusiya və Azərbaycan atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edəcək.

Yeniavaz.com xəbər verir ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapıb. Sənədə əsasən, tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top