Putin Azərbaycanla münasibətlərdə yeni mərhələnin başlandığını elan edib


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezident İlham Əliyevlə Kremldə keçirilən təkbətək görüşdə iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlandığını bəyan edib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Putin bu gün Rusiya ilə Azərbaycan arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalanacağını deyib.
“Bu, tam aydındır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir”, - deyə Rusiya lideri vurğulayıb.
V. Putin Prezident Əliyevin səfərinin Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ərəfəsində baş tutduğunu da söyləyib.
Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının çox böyük müsbət mənası olduğunu qeyd edib.
“Bəyannamədə 40-a qədər bənd var, sənəd qarşılıqlı fəaliyyətin geniş aspektlərini əhatə edir”, - deyə Azərbaycan lideri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top