Lənkəranda fəhlə binadan yıxılaraq ölüb


Lənkəranda fəhlə yeni tikilən binadan yıxılaraq ölüb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bədbəxt hadisə şəhərin Şirəli Axundov küçəsi 12 ünvanında yeni tikilən binada baş verib. Yeddimərtəbəli binada tikinti işləri apararkən fəhlə, Bürcəli kənd sakini, 1971-ci il təvəllüdlü Qafur Hadıyev hündürlükdən yıxılıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top