“Biz Rusiyanın bu qərarını qəbuledilməz hesab edirik. Biz tərəfləri sağlam düşüncəyə və beynəlxalq hüquqa riayət etməyə çağırışımızı təkrar edirik”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın qondarma DXR və LXR-nin müstəqilliyini tanımasına münasibət bildirərkən deyib.
“Xarici İşlər Nazirliyimizin son hadisələrlə bağlı verdiyi açıqlamada da Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarını tanıma qərarının Minsk razılaşmalarına zidd olduğu bildirilib. Bu qərarın Ukraynanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması anlamına gəldiyi vurğulanıb”, - Ərdoğan bildirib.
Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin qondarma DXR və LXR-nin müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb.