Qazaxıstanın sabiq müdafiə naziri həbs edildi


Qazaxıstanın paytaxtında ixtisaslaşmış rayonlararası istintaq məhkəməsi ölkənin keçmiş müdafiə naziri, yanvar iğtişaşları zamanı hərəkətsizlikdə şübhəli bilinərək saxlanılan Murat Bektanovun iki aylıq həbsi barədə qərar çıxarıb.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ibtidai istintaqın digər məlumatları açıqlana bilməz.
Qeyd edək ki, Fevralın 20-də Qazaxıstan Baş Prokurorluğunun əməkdaşları ötən ayın əvvəllərində baş verən iğtişaşlar zamanı hərəkətə keçməməkdə şübhəli bilinən keçmiş müdafiə nazirini saxlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top