Rusiya “DXR” və “LXR”ə sülhməramlılar göndərir


Rusiya silahlı qüvvələri qondarma “Luqansk” və “Donetsk Xalq Respublikaları”nın ərazilərində “sülhü qoruyacaq”.
Yeniavaz.com
“tass”a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin Donbass respublikalarının tanınması haqqında fərmanlarının mətnində deyilir.
“Donetsk Xalq Respublikasının başçısının Rusiya Federasiyasının Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlanana qədər Rusiya Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikasının ərazisində sülhməramlı funksiyalarını yerinə yetirməsi təmin edilsin”, - sənəddə qeyd edilir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin “LXR”in müstəqilliyinin tanınması haqqında fərmandakı əmri də oxşar şəkildə tərtib edilib.

DİGƏR XƏBƏRLƏR

Top