Putin Paşinyanı da Rusiyaya dəvət etdi


Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, telefon danışığı zamanı Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası müzakirə olunub. Daha sonra Putin Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Putinin dəvəyi ilə Rusiyaya rəsmi səfər edib.
 

DİGƏR XƏBƏRLƏR

Top