Tərtərin icra başçısına müavin təyin olundu


Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə təyinat olub.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu posta Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov gətirilib.

Qeyd edək ki, E.Umudov 2013-cü ildən Tərtər RİH başçısının müavini vəzifəsində çalışırdı.

DİGƏR XƏBƏRLƏR

Top